Soyqırımına həsr olunmuş “Açıq dərs” keçirilib FOTOLAR

Soyqırımına həsr olunmuş “Açıq dərs” keçirilib FOTOLAR

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 31 mart-Azərbaycanlıların soyqırımına həsr olunmuş "Açıq dərs" keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Paşa Nəzərov adına 60 saylı, Hikmət Nəzərli adına 27 saylı və digər məktəblərin şagirdləri iştirak ediblər. "Açıq dərs"də Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları Hüseynova Pərvanə "Ermənilərin Azərbaycana köçürülməsi", Quliyeva Arzu "1905-1907 və 1918-ci illər azərbaycanlıların soyqırımı", Əliyeva Fəxriyyə "1948-53-cü illərdə azərbaycanlıların deportasiyası", Babayev Ramazan "1988-1994-cü illər soyqırımı" mövzuları ilə çıxış ediblər.

Daha sonra soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə