Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan mədəniyyətinin istedadlı nümayəndəsi, tanınmış nasir, kinodramaturq, kinorejissor və teleaparıcı Orxan Fikrətoğlunun 50 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Kinostudiyadan SİA-ya verilən xəbərə görə, tədbirdə iştirak edən kinostudiyanın direktoru Müşfiq Hətəmov və mədəniyyət xadimləri Orxan Fikrətoğlunun yaradıcı fəaliyyətindən, şəxsi keyfiyyətlərindən söhbət açıblar.
Daha sonra səbəbkara Müşfiq Hətəmov tərəfindən kinostudiyanın fəxri diplomu təqdim olunub.
Qeyd edək ki, Orxan Fikrətoğlu incəsənətin müxtəlif sahələrində çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan bir sənətkar kimi yüzlərlə hekayə, povest və publisistik yazıların müəllifi olmaqla yanaşı, həm də bir sıra telelayihələrin müəllifi və aparıcısı olub.
Onun ssenari müəllifi olduğu "Ümid", "Yalan, "Ərazi", "Xalça nəğməsi", "Kəpənək" kimi filmlərin hər biri milli kinomuza bəxş etdiyi gözəl töhfələrdir.
Orxan Fikrətoğlunun keçdiyi bu məhsuldar yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilib. O, "Qızıl qələm", "Zirvə", "Çingiz Mustafayev" adına mükafatın və "UNİCEF"in xüsusi mükafatının sahibidir.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB