Görkəmli macar roman yazıçısı İmre Kertes 86 yaşında dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yazıçı uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, İmre Kertes 1929-cu ildə Budapeştdə yəhudi ailəsində anadan olub. 15 yaşında ikən Auschwitz əsir düşərgəsinə gətirilib. Burada yaşadığı çətin günlər əsərlərində öz əksini tapıb. Yazıçı ömrünün 10 ilini onu yazıçı qismində məşhur edən "Talesiz"(1975) əsərini yazmağa həsr edib.
İmre Kertes 2002-ci ildə Nobel mükafatına layiq görülüb.









Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB