"Azərbaycanda yeni himnə ehtiyac var". Bunu SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib. Azərbaycanın hazırki himni ilə bağlı müəyyən problemlərin olduğunu dilə gətirən millət vəkili söyləyib ki, yeni himnlə bağlı yüksək səviyyədə müzakirələrin aparılmasının vaxtı gəlib çatıb: "Ümumiyyətlə, son zamanlar Azərbaycan himni ilə bağlı müxtəlif fikirlər söylənilir. Lakin müzakirələrin bu cür aparılması düzgün deyil. Himnimizlə bağlı problemlər var. Lakin bu problemlər sərt şəkildə söylənməməlidir. Problemlərdən biri himnin sözlərinin müəllifinin mübahisəli, mətnin üslub baxımdan o qədər də mükəmməl olmaması və uzun olmasıdır. Adətən himn qısa olur. Düşünürəm ki, Azərbaycanın bugünkü qüdrəti, dünyada nüfuzu yeni himnin yazılmasını tələb edir. Çünki, hazırkı himnimizdə lazımi pafos yoxdur".
N. Cəfərov himnin dəyişdirilməsi ilə bağlı təkliflərdən də danışıb. O deyib ki, hətta himn qəbul edildikdən sonra ilk illərdə belə onun dəyişdirilməsi ilə bağlı alternativlər var idi: "Elə dövlətlər var ki, onların himninin sözləri yoxdur, yalnız musiqidən ibarətdir. Bu baxımdan Üzeyir Hacıbəyovun Koroğlu uvertürası bu təkliflərin sırasında idi. Koroğlu uvertürasında lazımi pafos da var. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda himnin dəyişdirilməsi ilə bağlı müzakirələrin aparılmasına ehtiyac var. Sadəcə müzakirələr imtina şəklində deyil, səviyyəli şəkildə aparılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB