Ağır əməliyyat keçirən xalq şairindən xəbər var AÇIQLAMA

Ağır əməliyyat keçirən xalq şairindən xəbər var AÇIQLAMA

Azərbaycan xalq şairi Söhrab Tahirin bir ayağı amputasiya edilib. Bununla əlaqədar, Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov SİA-ya açıqlama verib. O, şairin vəziyyətinin pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini bildirib: "Şəkərli diabet xəstəliyindən əziyyət çəkən Söhrab Tahir martın 30-da əməliyyat olunaraq, diz nahiyəsi amputasiya edilib. Əks halda qanında zəhərlənmə baş verə bilərdi. Ağır əməliyyat keçirən xalq şairinin vəziyyəti stabildir. Hazırda reanimasiya şöbəsinə yerləşdirilib".

Qeyd edək ki, 90 yaşlı Söhrab Tahir Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ Ədəbiyyat Fondu Plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə, Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Xalq şairi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə