Tanınmış rusiyalı quruluşçu baletmeyster və pedaqoq Aleksandra Tixomirova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən aprelin 1-dən Bakıya dəvət olunub. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, A.Tixomirova teatrın balet truppasının sənətçiləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri ilə ustad dərsləri keçirəcək və Opera və Balet Teatrında bəstəkar A.P.Borodinin "Qıpçaq rəqsləri" adlı baletini səhnəyə qoyacaq.
A.Tixomirova N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının Xoreoqrafiya fakültəsini bitirib, Mariinski adına Dövlət Opera və Balet Teatrının balet truppasında çalışıb. Balet artisti kimi fəaliyyətini başa vurduqdan sonra müxtəlif teatrlarda baletmeyster və repetitor kimi fəaliyyət göstərir. Hazırda Belarus Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteri və Sankt-Peterburq Dövlət Teatr sənəti Akademiyasının müəllimidir.
Qeyd edək ki, o, 1997-2012-ci illərdə Rusiya, Estoniya, Finlandiya və Belarusda 60-dan artıq tamaşaya quruluş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB