Respublikanın uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq, müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edilir. Nazirlikdən SİA-ya verilən xəbərə görə. 2015-ci il ərzində zonalar üzrə Bakı, Sumqayıt, Ağcabədi, Quba və Şamaxı şəhərlərində Sumqayıt şəhər, Abşeron, Xızı, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Zərdab, Laçın, Xocavənd, Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayon uşaq musiqi və incəsənət məktəblərinin (cəmi 77 məktəb) müəllim və şagirdləri üçün fortepiano, violin, tar, kamança, saz, qarmon, xanəndəlik, musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri keçirilib.
Bu iş 2016-cı ildə də davam etdirilir. Fevralda Lənkəran şəhərində Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri təşkil edilib.
Qeyd edək ki, Bakı və Xırdalan şəhərlərində paytaxtda, Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün fortepiano, violin, tar, kamança, xanəndəlik, musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları üzrə ustad dərsləri keçirilib. Ustad dərslərini Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin, Bakı şəhər R.Behbudov adına 2 nömrəli, R.Hacıyev adına 15 nömrəli, L. və M.Rostropoviçlər adına 21 nömrəli, Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəblərinin təcrübəli müəllimləri, tanınmış musiqiçilər aparıblar.
(1).jpg)
.jpg)
.jpg)




.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB