Elmi-Metodiki Mərkəz Salyanda görüş keçirib FOTOLAR

Elmi-Metodiki Mərkəz Salyanda görüş keçirib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Salyan şəhərində mərkəzin rəsmi saytının və "facebook" səhifəsinin təqdimatını keçirib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, təqdimat çərçivəsində nazirliyin təşəbbüsü ilə yaradılmış "Gənc mədəniyyət işçilərinin koordinasiya kreaitiv qrup"nun fəaliyyətinin yerlərdə stimullaşdırılması, peşəkarlıq meyarlarının artırılmasını təmin etmək məqsədilə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Salyan, Şirvan, Neftçala, Hacıqabul, Biləsuvar rayonlarının "Gənc mədəniyyət işçilərinin koordinasiya kreaitiv qrupu"nun üzvləri ilə görüş təşkil olunub.

Qeyd edək ki, tədbirdə çıxış edənlər rayonların mədəniyyət və turizm şöbələrində çalışan gənc əməkdaşların fəaliyyətlərinin gücləndirilməsinin vacibliyindən söhbət açıblar.

Görüşdə bir sıra təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə