Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.
SİA-nın verdiyi xəbərə görə, tədbirin açılışını edən AYB-nin sədri, xalq yazıçısı Anar çıxışında Səməd Vurğunun yaradıcılığına toxunub, onun Azərbaycan poeziyasındakı xidmətlərindən danışıb.
Tədbirdə iştirak edən AMEA-nın müxbir üzvi Nizami Cəfərov, xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə və başqaları S.Vurğunun Azərbaycan ədəbiyyatında, elmində, ictimai-siyasi həyatında tutduğu yerindən söhbət açıblar.
Tədbirdə böyük şairin poeziyasından nümunələr və ona həsr olunmuş şeirlər səsləndirilib.
Qeyd edək ki, sonda şairin ev-muzeyinin direktoru Nüşabə Vəkilova böyük şairin xatirəsinə göstərilən ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB