Məhşur Hollivud ulduzu vəfat etdi FOTOLAR

Məhşur Hollivud ulduzu vəfat etdi FOTOLAR

Hollivudun məşhur aktrisası Petti Dyuk 70 yaşında dünyasını dəyişib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın ölüm xəbərini onun mətbuat katibi Mitçel Stabbs təsdiqləyib. Onun sözlərinə görə, Dyuk bağırsaqlarında yaranan ağırlaşmadan əziyyət çəkirdi. Elə məşhurun ölüm səbəbi də sözügedən xəstəlik olub.

Qeyd edək ki, Petti Dyuk "Möcüzə edən" (The Miracle Worker, 1962), "Xüsusi bir şey" (Willy/Milly, 1986) filmləri və "Havay 5.0" (Hawaii Five-0, 2011) televiziya serialı ilə məşhurluğun zirvəsinə çatıb. O, fəaliyyəti müddətində "Oskar", "Qızıl Qlobus", "Emmi" kimi irimiqyaslı mükafatlara layiq görülüb.


Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə