Mədəniyyət və Turizm İdarəsinin regional idarələri yaradılacaq
Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi xəbərə görə, Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, eləcə də nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional idarələri yaradılacaq.
Həmçinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və nazirliyin regional idarələrinin abidə mühafizəçiləri ştatları Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə veriləcək.
Sərəncama əsasən, Maliyyə Nazirliyi mədəniyyət sahəsinin 2017-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB