Vudi Allenin filmi Kannda nümayiş olunacaq

Vudi Allenin filmi Kannda nümayiş olunacaq

69-cu Kann Film Festivalının açılışında məşhur Amerika rejissoru və ssenari müəllifi Vudi Allenin lentə aldığı "Cəmiyyət kafesi" ("Cafe Society") filminin təqdimatı nəzərdə tutulub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ekran əsəri 11-22 may tarixlərində baş tutacaq nüfuzlu film festivalının müsabiqədənkənar proqramına daxil edilib.

Qeyd edək ki, bununla, artıq üçüncü dəfədir ki, mərasimin açılışı Vudi Allenin müəllifi olduğu filmin təqdimatı ilə gerçəkləşir. Belə ki, 2001-ci ildə "Parisdə gecəyarı" ("Midnight in Paris"), 2002-ci ildə isə "Hollivudsayağı final" ("Hollywood Ending") filmləri nümayiş olunub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə