Ankarada musiqi festivalı keçiriləcək

Ankarada musiqi festivalı keçiriləcək

Ankarada 33-cü beynəlxalq musiqi festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, aprelin 4-də baş tutacaq festivalda 20 ölkədən 360-a yaxın sənətçi iştirak edəcək.

Festivalın bağlanış mərasimində dirijor, xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət simfonik orkestrinin müşayiəti ilə skripkaçı Toğrul Qəniyev və pianoçu Murad Adıgözəlzadə solist kimi çıxış edəcəklər.

Qeyd edək ki, festival aprelin 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə