Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar, Rusiyanın "НТВ" telekanalında hər həftə yayımlanan "Поедем, поедим!" kulinar-etnoqrafik verilişində Respublikamızın turizm potensialını və milli mətbəxini əks etdirən filmin nümayişi nəzərdə tutulub. Bu məqsədlə Bakı şəhərində və regionlarda çəkilişlərin aparılması üçün verilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Qeyd edək ki, Bakı şəhərində çəkilişlər Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin, Gəncə, Naftalan şəhəri və Göygöl rayonlarında aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB