Mədəniyyət və Turizm İdarəsi 31 Mart günü ilə bağlı tədbirlər keçirəcək
Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tabeliyində olan müəsssisələrdə kəçiriləcək tədbirlər planı tərtib edib. İdarədən SİA-ya verilən xəbərə görə, müəssisənin mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərində sərgilər, anım gecələri, dəyirmi masalar, kompozisiyalar, ədəbi-bədii gecələr, məlumat saatları, mühazirələr keçiriləcək.
Qeyd edək ki, tədbirlərin keçirilmə tarixi və saatı ilə bağlı ətraflı məlumatı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (www.baku-art.az) saytından əldə edə bilərsiniz.
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB