Eskişehirdə klassik alman bəstəkarı Lüdviq Van Bethovenin əsərlərindən ibarət "Ölümsüz Bethoven" adlı konsert keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Anadolu Universiteti Atatürk Kültür və Sanat Mərkəzi Opera və Balet Salonunda gerçəkləşən konsertdə bəstəkarın "Appassionata", "Frühlings", "Razumovskiy" adlı əsərləri səsləndirilib.
Qeyd edək ki, gecədə Ümit Kahveci, Erkan Özel, Yıldız Çiçek Sivri, Murat Şen, Veysel Lekesizgöz, Mert Kurtçu və Ece Şensin kimi opera sənətçiləri səhnə alıb.
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB