Cahangir Rüstəmovun sərgisinin açılışı olacaq FOTOLAR

Cahangir Rüstəmovun sərgisinin açılışı olacaq FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Cahangir Rüstəmovun 90 illik yubileyi münasibətilə fərdi sərgisinin açılışı olacaq.

Muzeyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 1-də baş tutacaq mərasim Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə gerçəkləşəcək. Sərgidə rəssamın "Yaşıl çay plantasiyası", "Bakı", "İslam memarlıq abidəsi", "Sahil", "Qəhrəman sələfimiz", "Kür mənzərəsi", "Torpağın oyanması" və digər tabloları nümayiş olunacaq.

Qeyd edək ki, Cahangir Rüstəmovun yaradıcılığı rəngkarlığın bir çox janrına həsr edilib. Onun rəngarəng əsərləri nəinki respublikamızda, həm də ölkəmizin hüdudlarından kənarda-Rusiya, Türkiyə, Livan, İran, Bolqarıstan, Macarıstan, Suriya, Rumıniya və bir çox başqa xarici ölkələrdə böyük müvəffəqiyyətlə nümayiş etdirilib. Cahangir Rüstəmov 2007-ci ildə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə