Söhrab Tahirin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda xalq şairi Söhrab Tahirin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, AYB-nin və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin qadınlar şurasının birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirin açılışını edən birliyin sədri xalq yazıçısı Anar görkəmli şəxsiyyətin həyat və yaradıcılığından söz açıb.
Söhrab Tahirin ədəbi fəaliyyəti haqqında danışan xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, əməkdar artist Yaqub Zurufçu və digərləri sənətkarın keçdiyi sənət yoluna nəzər salıblar.
Səhhəti ilə bağlı yaşadığı problemlər səbəbindən tədbirdə iştirak edə bilməyən Söhrab Tahirə sənət dostları uzun ömür, can sağlığı arzulayıb.
Qeyd edək ki, xalq şairi Söhrab Tahirin indiyə qədər 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub. Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB