Sidqi Ruhullanın 130 illiyi qeyd olunub

Sidqi Ruhullanın 130 illiyi qeyd olunub

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi R.Axundov adına Buzovna Qəsəbə Mədəniyyət Evi ilə birlikdə SSRİ xalq artisti Sidqi Ruhullanın anadan olmasının 130 illiyi ilə əlaqədar yubiley gecəsi keçirib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə aktyorun ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri, qəsəbə sakinləri iştirak ediblər. Çıxışçılar aktyorun keçdiyi sənət yolundan söhbət açıb, xatirələrini söyləyiblər.

Qeyd edək ki, tədbirdə Sidqi Ruhullanın çəkildiyi filmlərdən kadrlar, Teatr Muzeyinin fond materialları əsasında aktyorun həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə