Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə keçirilən "Ölkəmizi tanıyaq" layihəsi üzrə Ağdaş, Şirvan, Göyçay, Kəlbəcər, Xocalı, Ağdam, Xocavənd və Laçın rayonlarının məktəblilərinin Quba rayonuna səfəri baş tutub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Qubada olduqları müddətdə məktəblilər Qırmızı qəsəbə, Quba soyqırım memorial kompleksi, tarixi-mədəniyyət abidələri, Quba xalça sexi ilə tanış ediliblər. Tur iştirakçıları həmçinin, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə səyahət ediblər.
Qeyd edək ki, aksiya iştirakçılarının rayon ərazisində qarşılanması, gəzdirilməsində Quba Turizm İnformasiya Mərkəzinin əməkdaşları köməklik göstəriblər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB