L. və M. Rostropoviçlərin ev muzeyində "Dahilərin dostluğu" adlı tədbir keçiriləcək. Muzeydən SİA-ya verilən xəbərə görə, martın 29-da keçiriləcək tədbir S.Prokofyevin 125, D.Şostakoviçin 110 və M.Rostropoviçin anadan olmasının 89-cu il dönümünə həsr olunacaq.
Tədbirdə dahi musiqiçilərin həyat və yaradıcılığını əks etdirən video çarxın, muzeyin zəngin fondundan çıxarılmış nadir eksponatlardan ibarət sərginin və sənədli filmin nümayişi nəzərdə tutulub.
Həmçinin, beynəlxalq və respublika müsabiqələr laureatları, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Bülbül adına Orta İxtisas məktəbinin şagirdləri konsert proqramı ilə çıxışları gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB