Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmrinə əsasən, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədilə nazirliyin məsul əməkdaşlarından ibarət yaradılmış işçi qrupu bölgələrdə görüşlər keçirib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, işçi qrupunun rəhbəri Fuad Nağıyev və qrupun üzvlərdən Namiq Qulamov, Pərviz İsgəndərli, Elnur Hüseynov turizm xidmətlərinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə daha da sıx əlaqələndirilməsi, turistlərə təqdim edilən xidmətlərin təhlili və xidmətlərin səviyyəsinin artırılması məqsədilə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında olmuş, mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüşlər keçiriblər. Görüşlərdə yay turizm mövsümündə turistlərə mədəni xidmətlərin təqdim edilməsi istiqamətində müzakirələr aparılıb və yeni imkanlar araşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB