Alen Deko vəfat edib

Məşhur fransız tarixçisi və yazıçısı Alen Deko Parisin Jorj Pompidu adına Avropa Xəstəxanasında 90 yaşında dünyasını dəyişib. SİA-nın verdiyi xəbərə görə, o, Fransa Akademiyasının üzvü, onlarla elmi məqalənin və tarixi mövzuda kitabların müəllifi olmaqla yanaşı, həm də televiziya aparıcısı idi. Deko geniş tamaşaçı auditoriyasına tele və radio aparıcısı kimi də tanışdır. 1966-cı ildə o, "Anjelika və kral" romanının ekranlaşdırılmasında tarixi konsultant kimi iştirak edib. Alen Deko elmi fəaliyyətlə də məşğul olub. 70-dən çox elmi işin və kitabın müəllifidir.
Yaradıcılığı ilə əlaqədar bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə