GTT-da Beynəlxalq Teatr günü qeyd olunub FOTOLAR

GTT-da Beynəlxalq Teatr günü qeyd olunub FOTOLAR

Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilən qərara əsasən, hər il dünyanın hər yerində 27 mart-Beynəlxalq Teatr günü kimi qeyd edilir. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, dünyanın bütün teatrlarında xüsusi qeyd edilən bu əlamətdar gün respublikamızda fəaliyyət göstərən teatrlarda müxtəlif tədbirlər və tamaşalarla yadda qalır.

27 mart-Beynəlxalq Teatr günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xüsusi qeyd olunub.

Həmin gün teatrda A.Tolstoyun "Balaca və damda yaşayan Karlson", yazıçı-dramaturq Elçinin "Buzovna kəndinin əhvalatları" tamaşaları nümayiş etdirilib.

2013-cü ildə Beynəlxalq layihə çərçivəsində hazırlanmış "Balaca və damda yaşayan Karlson" tamaşasının quruluşçu rejissoru Ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.

Xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərləri əsasında səhnələşdirilmiş "Buzovna kəndinin əhvalatları" tamaşası da nümayiş olunub. Xalq yazıçısının "Toyuğun diri qalması" hekayəsi və "Dolça" povesti əsasında hazırlanan səhnə əsərində Bakı kəndlərinin gündəlik yaşam tərzi, zəngin adət-ənənələri əksini tapır. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, rejissor assisenti əməkdar artist Nofəl Vəliyev, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

Qeyd edək ki, bununla "Buzovna kəndinin əhvalatları" tamaşası artıq 50-ci dəfədir ki, nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə