Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış italyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi" əsərinin son məşqləri gedir. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tamaşanın premyerası apreldə keçiriləcək.
Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır.
Tamaşada əsas obrazları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcəklər.
Baş rol - Mirandolina obrazını əməkdar artist Leyli Vəliyeva canlandıracaq.
Qeyd edək ki, tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qarşı qisasından bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB