Nigeriyada Novruz bayramı qeyd olunub FOTOLAR

Nigeriyada Novruz bayramı qeyd olunub FOTOLAR

Nigeriyanın Laqos şəhərində keçirilən Novruz şənliyi burada yaşayan yerli vətəndaşların böyük marağına səbəb olub. SİA-nın verdiyi xəbərə görə, qonaqlara Azərbaycan yeməkləri və şirniyyatları təqdim edilib.

Bayram şənliyi "Cəngi" musiqisinin sədaları altında Filippin vətəndaşı Evan Candid və Fransa vətəndaşı Antuan Bernardın at belində tədbirin keçirildiyi yerə daxil olması və tonqalın yandırılması ilə başlayıb. Şənliyi təşkil edən azərbaycanlı Billurə Bayramova iştirakçılara Novruz bayramı, adət-ənənələrimiz haqqında məlumat verib.

Qonaqlar milli musiqilərimizin sədaları altında rəqs ediblər. Onlara Azərbaycanla bağlı suallar verilib və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə