Bakıda böyük türk şairi Nazim Hikmətin "Dənizə dönmək istəyirəm" adlı yeni kitabı işıq üzü görüb. Kitab Klubundan SİA-ya verilən xəbərə görə, Bakı Kitab Klubunun nəşr etdirdiyi kitab oxucuların sifarişi ilə hazırlanıb. 384 səhifədən ibarət kitaba şairin poema və şeirlərindən seçmələr daxil edilib.
Qeyd edək ki, Nazim Hikmət şair, dramaturq, romançı və memuar ustası kimi dünya ədəbiyyatında tanınır. Siyasi düşüncələri üzündən dəfələrlə həbs edilmiş və yetkin həyatının böyük hissəsini həbsdə, ya da sürgündə keçirmişdir.
Adı XX əsrin ən sevilən şairləri arasında yer alan şairin şeirləri əllidən çox dilə çevrilib, əsərləri bir çox mükafatlara layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB