2016-cı ilin 23 - 26 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək "MİTT 2016" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulur. SİA-nın Nazirliyə istinadən verdiyi xəbərə görə, sərgidə Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva təmsil edəcək. Sərgidə həmçinin, Şahdağ Turizm Kompleksi, Azərbaycan Hava Yolları, "AİTF" turizm sərgisinin, "Formula 1 Avropa Qran Prisi"-nin təşkilat komitəsinin və 20-ə yaxın yerli turizm şirkətinin iştirakı planlaşdırılır.
Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 72 kv.m-lik stend hazırlanıb və gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd edək ki, 2002-ci ildən başlayaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "MİTT" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 200-dən artıq ölkədən 2000-ə yaxın şirkət təmsil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB