Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində beynəlxalq frankofoniya–fransızdilli ölkələrin əməkdaşlıq təşkilatına həsr olunmuş tədbir keçirilib.
Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbirdə Misirin ölkəmizdəki səfiri xanım Suzan Cəmil Nuh frankofoniya təşkilatı haqqında geniş məlumat verib.
Bildirilib ki, Beynəlxalq Frankofoniya Təşkilatının əsası 1970-ci ildə qoyulub. 1992-1996-cı illərdə BMT-nin baş katibi olmuş Butros Butros Qali təşkilatın ilk rəhbəri olub. Əsas mərkəzi Parisdə yerləşən təşkilatın 56 ölkədə üzvü var. Təşkilat 1986-cı ildən etibarən mütəmadi şəkildə müxtəlif ölkələrdə böyük sammitlər keçirir.
Qeyd edək ki, sonda tədbirdə məşhur misirli rejissor Yusif Şahinin müəllifi olduğu "El Masr" ("Tale") filmi nümayişi olunub.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB