“Ənənədən gələcəyə” milli geyim dəfiləsinin nümayişi keçirilib FOTOLAR

Muzey Mərkəzində Bakı Milli Geyim Evinin hər il müntəzəm olaraq, Novruz bayramı münasibəti ilə təqdim etdiyi "Ənənədən gələcəyə" adlı milli geyim dəfiləsinin növbəti nümayişi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Könül Vəlibəylinin rəhbərliyi ilə baş tutan dəfilədə qadın, kişi və uşaq geyimlərindən ibarət 20 kolleksiya təqdim olunub. Kolleksiyanın nümunələri arasında bölgələrimizə məxsus geyimlər də yer alıb.

Qeyd edək ki, 50 milli paltarın nümayiş olunacağı növbəti dəfilənin martın 19-da keçirilməsi nəzərdə tutulub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə