Həmyerlimiz beynəlxalq müsabiqənin qalibi olub FOTOLAR

Həmyerlimiz beynəlxalq müsabiqənin qalibi olub FOTOLAR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi, beynəlxalq müsabiqələr laureatı Natavan Dinikayeva İspaniyada keçirilən "Open Spain" beynəlxalq müsabiqəsində iştirak edib. ADMİU-dan SİA-ya verilən xəbərə görə, yeddi ölkədən yüzədək iştirakçının qatıldığı müsabiqədə Azərbaycanın gənc pianoçusu xarici bəstəkarların əsərlərini yüksək səviyyədə ifa edərək birinci yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə