YARAT Müasir İncəsənət Məkanında konsert keçiriləcək

YARAT Müasir İncəsənət Məkanında konsert keçiriləcək

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində istedadlı uşaq və gənclər üçün "İstedad Mərkəzi" fəaliyyət göstərir. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Mərkəzə respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyeva rəhbərlik edir.

Paytaxtın müxtəlif konsert salonlarında mütəmadi olaraq, mərkəzin gənc istedadlarının konsertləri təşkil edilir.

YARAT Müasir İncəsənət Məkanında "İstedad Mərkəzi"nin Novruz bayramına həsr olunmuş konserti keçiriləcək.

Qeyd edək ki, konsertdə gənc xalq çalğı alətləri ifaçıları və xanəndələr iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə