Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində "Keçəlin şahlığı" tamaşasını nümayiş etdirəcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, "Keçəlin şahlığı" tamaşası M. F. Axundzadənin "Aldanmış kəvakib" əsərinin motivləri əsasında hazırlanıb. Tamaşada uşaqların və gənclərin estetik tərbiyəsi, psixoloji hazırlığı ilə bağlı bir sıra vacib məqamlara toxunulub.
Səhnə əsərində "Sehrli xalat" filmi də xatırlanır. İo-Kio babanın sehrli xalatı vasitəsi ilə keçmişə səfər edilir, Novruz bayramının keçmiş və gələcəklə bağlı olduğu xüsusi vurğulanır.
Səhnə əsərində əsas rolları əməkdar artist Mehriban Xanlarova, aktyorlar Hikmət Rəhimov, Rada Nəsibova, Elnar Qarayev, İlahə Həsənova, Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov və başqaları ifa edir.
"Keçəlin şahlığı" səhnə əsərinin rejissorları Anar Sadıqov və Əlif Cahangirovdur.
Qeyd edək ki, tamaşa martın 19-dan 29-dək gündə dörd seans olmaqla, (saat 11:00, 13:00, 15:00, 17:00) nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB