Elmi-Metodiki Mərkəzin rəsmi saytının təqdimatı keçirilib FOTOLAR

Elmi-Metodiki Mərkəzin rəsmi saytının təqdimatı keçirilib FOTOLAR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" tədris teatrında "Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolu" mövzusunda seminar, habelə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəsmi saytının və "facebook" səhifəsinin təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, universitetin rəhbər heyətinin və tələbələrin iştirakı ilə baş tutan tədbir çərçivəsində Mərkəzin rəsmi saytı təqdim olunub. Layihənin gerçəkləşməsində məqsəd gənclərin mədəniyyətimizə daha yaxın olub, onun fəal təbliğatçılarına çevrilməsidir.

Tədbir zamanı mövzu ətrafında Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Məryəm Əlizadə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov və digər əməkdaşlar çıxış ediblər.

Təqdimat mərasimində istifadəyə verilən Mərkəzin saytı və facebook səhifəsinin xəbərlərindən faydalanmaqdan, əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, müasir dövrdə milli irsimizi, mədəniyyətimizi əlverişli şəkildə təbliğ edib ictimaiyyətə çatdırılmasında internet resurslarının əhəmiyyətindən danışılıb.

Görüşdə xüsusi olaraq, mərkəzin nəzdində yaradılmış "Gənc mədəniyyət işçilərin koordinasiya kreativ qrupu" ndan tələbələrin faydalanması və könüllü olaraq həmin qrupa üzv olmaq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbirin sonunda Mərkəzin direktoru tərəfindən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoruna tədbirin keçirilməsində yaratdığı şəraitə görə təşəkkürnamə məktubu və bir neçə tələbəyə Fəxri diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə