Azərbaycan Aşıqlar Birliyinin Yaradıcı məsələlər üzrə katibi Məhəmmədəli Məşədiyevlə Aşıq Məktəbinin və aşıq sənətinin Gədəbəydəki təmsilçiləri ilə görüş keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə o, Azərbaycan Aşıqlar Birliyinin yeni seçilən sədri professor Məhərrəm Qasımlının və Birliyin yeni heyətinin arzu və təkliflərini səsləndirib, həmçinin, Birliyin bundan sonrakı fəaliyyəti üçün qarşılıqlı əlaqələrin zərurətindən sənətkarların qiymətləndirilməsindən danışıb. Aşıq sənətinin təbliğinin genişləndirilməsi, rayonlarda və Bakıda aşıq konsertlərinin təşkili, televerilişlərə dəvət məsələlərində obyektiv və reallıqlar nəzərə alınmasının xüsusi önəm daşıdığı da vurğulanıb.
Əməkdar Mədəniyyət işçiləri, tanınmış aşıqlar Səyyad Pənahov və İmamverdi Mustafayev Birliyin sədrinə və yeni seçilmiş heyətə uğurlar diləyiblər, aşıq sənətinə hörmət gətirəcək vacib işlərdən danışıblar.
Qeyd edək ki, canlı diskussiya ovqatında keçirilən görüşdə aşıq havalarının televiziyadakı ifaları, aşıqların çox vaxt ifrata varan hərəkətləri, dastan ənənələrinin davam etdirilməsi, sənətə yeniyetmələrin cəlb edilməsi və digər məsələlər barədə fikirlər bildirilib, təkliflər söylənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB