Sağlamlıq imkanları məhdud gənclər üçün bayram konserti verilib FOTOLAR

Sağlamlıq imkanları məhdud gənclər üçün bayram konserti verilib FOTOLAR

Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Novruz bayramı münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının konserti keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, konsertdə Azərbaycanın qədim musiqi nümunələri, xalq və bəstəkar mahnılarından ibarət rəngarəng musiqi proqramı təqdim edilib.

Qeyd edək ki, sonda əlillər öz əl işlərini muzeyə hədiyyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə