BDU-da Novruz bayramı ilə bağlı tədbir keçirilib FOTOLAR

BDU-da Novruz bayramı ilə bağlı tədbir keçirilib FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) Novruz bayramı ilə bağlı tədbir keçirilib. BDU-dan SİA-ya verilən xəbərə görə, universitetin rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, ulu öndər Heydər Əliyevin bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları xatırladıb. Rektor bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor Abel Məhərrəmov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib.

Tədbirdə universitetin filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib.

Qeyd edək ki, sonda universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq "yallı" rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxışlar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə