İspaniyanın Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alan istedadlı violin ifaçısı, Prezident təqaüdçüsü Kamran Ömərli nüfuzlu beynəlxalq müsabiqələrə hazırlaşması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2-10 aprel 2016-ci il tarixində İsveçrənin İnterlaken şəhərində keçiriləcək dünya şöhrətli professor Zahar Bronun ustad dərslərində iştirak edəcək. SİA-nın verdiyi xəbərə görə, gənc virtuoz Kamran Ömərli bir çox respublika və beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak etmişdir, o cümlədən Beynəlxalq kvartetlər müsabiqəsinin (İspaniya, 2014) və "Gənc virtuozlar" XI Beynəlxalq müsabiqəsinin (Bolqarıstan, 2015) laureatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB