Siyəzən şəhər uşaq incəsənət məktəbində ustad dərsləri keçirilib FOTOLAR

Siyəzən şəhər uşaq incəsənət məktəbində ustad dərsləri keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin müəllim və şagird kollektivi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə qarşılıqlı təcrübə mübadiləsi məqsədi ilə Siyəzən şəhər uşaq incəsənət məktəbində olub. SİA-nın verdiyi xəbərə görə, məktəbdə xor, fortepiano, nəzəriyyə və tar ixtisasları üzrə açıq dərslər keçirilib, müəllimlərə metodik köməklik göstərilib və şagirdlərin ifasında konsert proqramı təqdim edilib.

Tədbirin sonunda məktəbin direktoru Məhin Orucovaya Siyəzən şəhər uşaq incəsənət məktəbinin rəhbərliyi tərəfindən təşəkkürnamə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə