Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə tədbir keçirilib FOTOLAR

Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə tədbir keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxanası 111№- saylı tam orta məktəb ilə birgə şair Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə "Bir şair ömrünü yaşatmaq üçün" adlı tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, xalq şairi Nəriman Həsənzadənin gəlişini iştirakçılar alqışlarla qarşılayıb. Məktəbin direktoru Jalə Hacıyeva gələn qonaqları salamlayaraq, tədbiri açıq elan edib. Məktəbin dil - ədəbiyyat müəllimi Məlihə Əsədova və Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nəsibə Mehdiyeva şairin həyat və yaradıcılığından söz açıblar. Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.

Tədbirin aparıcıları da şairin keçdiyi ömür yolundan danışıb, 111 və 44 №- li məktəblərin şagirdləri şairin şeirlərini söyləyib, onun sözlərinə bəstələnmiş "Fikir eləmə", "Çağır məni", "Sən bağışladın" mahnılarını səsləndiriblər.

Sonda çıxış edən Nəriman Həsənzadə təşklatçılara minnətdarlığını bildirib və iştirakçılara yazdığı şeirlərindən söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə