Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Marketinqə yeni baxış" mövzusunda tələbələrin respublika elmi konfransı keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan ATMU-nun "Biznes idarəçiliyi" fakültəsinin dekanı Sənan Əliyev bildirib ki, konfransın keçirilməsində əsas məqsəd tələbələr arasında elmi yaradıcılığın təbliği və yeni biliklərin əldə edilməsi konteksində tədqiqatçı potensialına malik istedadlı və bacarıqlı tələbələrin aşkar olunmasından ibarətdir.
Ali təhsil müəssisəsinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov ATMU-nun "Marketinq" kafedrasının ümumi koordinatorluğu ilə "Marketinqə yeni baxış" mövzusuna həsr olunan respublika elmi konfransın tələbələrin gələcək elmi fəaliyyətlərində əhəmiyyətli rol oynayacağını deyib. "Marketinq" kafedrasının müdiri Anar Eminov isə diqqətə çatdırıb ki, məhz marketinq sahəsindəki yeniliklərlə bağlı tələbələrin tədqiqatçı ampulasında fəaliyyəti təqdirəlayiqdir.
Konfransın plenar iclasında Türkiyə Respublikası Yaşar Universitetinin "Beynəlxalq logistika" kafedrasının müdiri Ömer Baybars Tek və ATMU-nun "Marketinq" kafedrasının müəllimi Elmira Hacıyevanın müasir dövrdə marketinq sahəsində baş verən yeniliklər barədə çıxışları böyük maraqa səbəb olub.
Qeyd edək ki, konfransda 23 məruzə dinlənilib. Fərqlənən tələbələrə diplom və sertifikatlar verilib. Tədbirin sonunda konfrans materiallarından ibarət xüsusi kitabın çap olunması qərara alınıb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB