Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən "Nizami poeziyası musiqidə" mövzusunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev zalında elmi konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə "Azərbaycan bəstəkarlarının yaradıcılığında Nizami mövzusu", fəlsəfə elmləri doktoru Əminə Abbasova "Nizami poeziyasında musiqinin vəsfi", sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı "Fikrət Əmirov yaradıcılığında Nizami poeziyası", sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova "Nizami Gəncəvinin "Yeddi gözəl" poeması və Qara Qarayevin "Yeddi gözəl" baleti", sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Qəniyeva "Nizami poeziyası Azərbaycan romanslarında" mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda respublikanın əməkdar artisti Gülnaz İsmayılovanın ifasında Cahangir Cahangirovun "Gül camalın", Fikrət Əmirovun "Gülüm" romansları və xanəndə Hüseyn Məlikovun ifasında "Şur" və "Rast" muğamları səslənib.
Qeyd edək ki, sonda görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletindən video fraqmentlər nümayiş etdirilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB