Musiqili Teatrda 3 gün uğurlu premyera olub FOTOLAR

Musiqili Teatrda 3 gün uğurlu premyera olub FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında üç gün - 10, 11, 12 mart tarixlərində uğurlu premyera keçirilib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu SİA-ya bildirib ki, Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı" iki hissəli musiqili lirik komediya uğurla təqdim olunub: Əlamətdar məqamlardan biri də odur ki, ilk premyera günü Azərbaycan teatr ictimaiyyətinin bayramına – 10 Mart Milli Teatr Gününə təsadüf etdi. Üç gün ərzində baş tutan premyera böyük uğur və anşlaqla keçdi. 12 mart tarixində tamaşanı əsərin müəllifi Xalq yazıçısı Elçin, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbulfəs Qarayevlə yanaşı, bir sıra mötəbər və rəsmi qonaqlar, ölkənin tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət adamları izlədilər. Xalq yazıçısı Elçin, mədəniyyət və turizm naziri Əbulfəs Qarayev Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə tamaşadan razı qaldıqlarını bildirdilər. Qeyd etdilər ki, istər rejissor yozumu, istərsə də aktyor oyunu çox yaxşı idi. Bakı kəndlərinin özünəməxsus koloriti, adət və ənənələri məharətlə təsvir olunub. Situasiyadan, hadisələrdən doğan incə yumor tamaşaçıda xoş əhval-ruhiyyə yaradır".

Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov, Rahib Məmmədov və başqaları ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə