“Novruz” və “Maslenitsa” bayramlarına həsr olunan görüş keçirilib FOTOLAR

“Novruz” və “Maslenitsa” bayramlarına həsr olunan görüş keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası ilə Rusiyanın Leninqrad vilayəti Slantsı şəhər uşaq kitabxanası arasında onlayn görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, rus və azərbaycan xalqlarının milli bayramları sayılan "Novruz"un və "Maslenitsa"nın tarixdən gələn adətlərinə həsr olunan görüş 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərcivəsində təşkil olunub.

Tədbirdə Səbail rayon MKS-nin və Rusiyanın Leninqrad vilayəti Slantsı şəhər uşaq kitabxanasının məktəbli oxucuları iştirak edib. Onlar xalqımızın bu günə qədər qoruyub yaşatdığı, gələcək nəsillərə ötürdüyü "Novruz bayramı"nın ənənələrindən ətraflı məlumat veriblər. Məktəblilər "Novruz" və "Maslenitsa" bayramlarının oxşar və fərqli cəhətlərini diqqətə çatdırıblar, bayramları tərənnüm edən şeirlər söyləyib, "Novruz"a həsr olunmuş kompozisiya təqdim ediblər.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd hər iki xalqın mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, rus və Azərbaycan xalqlarının milli dəyərlərinin öyrənilməsinə dəstək verməkdir.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə