İsveçrənin Cenevrə şəhərindəki Vandovr Sarayında gənc pianoçuların 10-cu beynəlxalq müsabiqəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Fransada yaşayan həmyerlimiz, Azərbaycanın əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyevanın adını daşıyan müsabiqənin münsiflər heyətində bəstəkar Rodion Şedrin, Fransanın "Dofine Libero" qəzetinin baş redaktoru Katrin Ponse, İsveçrənin "Leman Bleu" televiziyasının çəkiliş qrupu, Tokio və Monreal milli simfonik orkestrlərinin baş dirijoru Şarl Dütua, Finlandiya musiqiçisi və tənqidçisi Vesa Siren, "Deutsche Gramophone" səsyazma studiyasının direktoru Mixael Fan, ABŞ-dan olan musiqiçi və tənqidçi Donald Vron və Polşa milli simfonik radio orkestrının baş direktoru Joanna Vnuk Nazarava yer alıblar.
Müsabiqənin laureatları sırasında Rumıniya vətəndaşı Botak Aleksandru-Kadmiel və həmyerlimiz Vurğun Vəkilov olub.
Fəxri prezidenti fransalı bəstəkar və dirijor Loran Petijirar olan müsabiqədə ilk yerləri tutanlara Parisdə yerləşən Alfred Corto adına Paris Musiqi Məktəbində pulsuz təhsil almaq üçün təqaüd ayrılıb.
Qeyd edək ki, tədbirdə İsveçrə və Fransadan olan musiqişünaslar, incəsənət xadimləri, mətbuat nümayəndələri, Azərbaycan diasporunun fəalları və ölkəmizin Cenevrə və Bern şəhərlərindəki diplomatik nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB