Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqı (Aİ) ilə birlikdə ölkəmizdə yeni "Tvinninq" layihəsinə başlayır. Nazirlikdən SİA-ya verilən məlumata görə, layihənin rəsmi açılış mərasimi martın 15-də olacaq. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard və İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillonun iştirakı gözlənilir.
Qeyd edək ki, layihənin Aİ tərəfindən maliyyələşdirilən büdcəsi 1,2 milyon avro təşkil edir. Azərbaycanın mədəniyyət sektorunda hüquqi baza və idarəetmə sisteminin müasirləşdirilməsinə töhfə vermək məqsədilə reallaşdırılacaq layihəyə əsasən, 24 ay müddətində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə iki əsas istiqamətdə işləyəcək. Bunlardan biri Azərbaycanda mədəniyyət sahəsi üzrə qanunvericilik, struktur və idarəçilik amillərinin nəzərə alınması ilə ümumi sistemin inkişaf etdirilməsidir. Digər istiqamət isə milli mədəni irsin, o cümlədən maddi və qeyri-maddi irs, muzeylər və kitabxanaların idarəolunma sistemi üçün yeni səmərəli modelin hazırlanması, inkişaf etdirilmiş mədəni irsin mühafizəsi, qorunması və təbliği üçün aktual tənzimləyici iş planının təqdim olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB