“Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolu”

“Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolu”

15 mart saat 11:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" tədris teatrında "Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolu" mövzusunda seminar və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəsmi saytının və "facebook" səhifəsinin təqdimat mərasimi keçiriləcək. SİA-nın Nazirliyə istinadən verdiyi xəbərə görə, mərkəzin saytının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş iş planına əsasən, mədəniyyət, incəsənət və turizm sahəsində ixtisaslaşmış ali təhsil müəssisələrində təqdimatının keçirilməsi nəzərdə tutulub. Məqsəd gənclərin belə maraqlı və cəlbedici formada mədəniyyətimizə daha yaxın olub onun fəal təbliğatçıları olmasıdır.

Təqdimat mərasimində istifadəyə verilən Mərkəzin saytı və "facebook" səhifəsinin xəbərlərindən faydalanmaqdan, əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, müasir dövrdə milli irsimizi, mədəniyyətimizi əlverişli şəkildə təbliğ edib ictimaiyyətə çatdırılmasında internet resurslarının əhəmiyyətindən danışılacaq.

Yüksək peşəkarlıqla hazırlanmış sayt Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, onların yaradıcılığı, milli adət-ənənələr və mətbəx, radio və televiziya, kitabxanalar, muzeylər, xəbərlər, forum və digər bölmələrindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə