Heydər Əliyev Sarayında tanınmış və istedadlı caz ifaçılarının təqdimatında konsert proqramı keçiriləcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 16-da baş tutacaq "jAzzeri Bands" adlı konsertdə əməkdar artist Rəşad Haşımovun rəhbərliyi ilə "Rast" qrupunun, Elçin Şirinovun (piano), həmçinin, Vlada Axundova, Rilaya, Leyla Kafari və onların qruplarının, Aysel Məmmədova (piano) və "Jazzer Band"in çıxışları nəzərdə tutulub.
Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilmiş festival və müsabiqələrin iştirakçısı olan caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.
Qeyd edək ki, konsertə biletləri şəhərin kassalarından əldə etmək mümkündür.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB