“Multikulturalizm ili”nə həsr olunmuş seminar keçirilib FOTOLAR

“Multikulturalizm ili”nə həsr olunmuş seminar keçirilib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi –Metodiki Mərkəzində "Multikulturalizm ili"nə həsr olunmuş növbəti elmi seminar keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, seminarı giriş sözü ilə Mərkəzin elmi katibi Hüseyn İbrahimov açaraq ölkə rəhbərliyi tərəfindən sözügedən istiqamətdə görülmüş işlər barəsində geniş məlumat verib.

İnnovasiyalar və yeni texnologiyalar tətbiqi şöbəsinin əməkdaşı Rəfiqə Hacıyeva "Azərbaycan multikulturalizmi" mövzusunda çıxış edərək müasir dövrdə Azərbaycanda multikulturalizmin yeni bir fənn kimi tətbiq olunması, onun gənc nəslə çatdırılmasından söhbət açıb.

Elmi araşdırmalar şöbəsinin əməkdaşı Cavid Quliyev "Müstəqillik dövründə mədəniyyət qanunvericiliyinin Azərbaycan Respublikasında inkişaf dinamikası" mövzusunda danışaraq qanunveriliciliyin inkişafından söz açıb.

Sonuncu iştirakçı-elmi araşdırmalar şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Ruslan Rəhimli "Azərbaycanın etnik rəngarəngliyi və tolerantlıq təcrübəsi" mövzusunda çıxış edərək Azərbaycan ərazisindəki xalqlardan, bizə məxsus maddi–mədəniyyət abidələrinin düşmən qonşular tərəfindən mənimsənilməsindən, həmçinin, ölkəmizin etnik rəngarəngliyi və onun tolerantlıq təcrübəsindən danışıb.

Qeyd edək ki, sonda mövzularla bağlı fikir mübadilələri aparılıb və Mərkəzin direktoru Asif Usubəliyev mövzu ilə bağlı görülə biləcək işlər haqqında geniş məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə