“Narkomaniya ümumbəşəri bəladır” FOTOLAR

“Narkomaniya ümumbəşəri bəladır” FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru professor C.Cəfərov narkomaniyanın bəşəriyyət üçün böyük bəla olduğunu,"Ağ ölüm"ə qarşı cəmiyyətin hər bir üzvünün fəallıq göstərməyinin vacibliyini diqqətə çatdırıb.

Maarifləndirmə tədbirinin iştirakçılarından Bakı şəhəri BPİ Veteranlar Şurasının sədri Emin Məmmədov, Bakı şəhəri BPİ-nin Yetginlik yaşına çatmayanların işi üzrə bölmənin baş inspektoru, polis mayoru Məryəm Ömərova, Nərimanov RPİ-nin polis Veteranlar Şurasının sədr müavini Əsgərağa Hüseynov mövzuya dair çıxışlarında ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd ediblər. Dövlət Proqramının icrası ilə əlaqədar tədbirlər və narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikası kontekstində maarifləndirmə, izahat və hüquqi təbliğat işlərinin səmərəliliyini konkret faktlarla isbatlayıblar.

Qeyd edək ki, tədbirdə narkomaniyanın ağır fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə